"Barselona"nın prezidenti Xuan LaportaXorxe Messi arasında baş tutan görüşün detalları açıqlanıb.

Offsideplus.az "TV3"ə istinadən xəbər verir ki, klubun prezidenti argentinalı hücumçuya yeni müqavilə təklifi etməyib. Belə ki, Messinin komandada qalması maliyyə ilə bağlı deyil. 33 yaşlı futbolçu "Barselona" ilə titul qazanmaq istəyir.

Bundan əlavə, argentinalının maaşları 50% azaldılması və beləliklə, klubun yayda TOP futbolçulardan birini transfer etməyə imkan yaratması barədə danışıqlar aparılıb.

Qeyd edək ki, iyun ayında "Barselona" ilə müqaviləsi başa çatan Messinin, daha iki il "Barselona"da qalmaq istədiyi bildirilir. DÇ-2022-də çıxış etdikdən sonra Leo, karyerasını MSL-də Devid Bekhemin "İnter Mayami" klubunda davam etdirəcəyi gözlənilir.