"Real Saraqosa"nın gənc futbolçusu David Vilya 2004-cü ilin bu günü "Sevilya" qapısından 4 qol keçirməzdən öncə də artıq özünə ad-san qazanmağa başlamışdı.
Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, 4: hesablı heç-heçə ilə başa çatan qarşılaşmada "poker" edən Vilya, İspaniya futbolunun növbəti illərində ulduz olacağını bir daha sübut etdi.
Sonralar ispaniyalı hücumçu "Valensiya", "Atletiko" və "Barselona" kimi klubların formasını geyinib. La Liqada keçirdiyi 353 oyunda 185 qola imza atan Vilya, həm "matrasçılar", həm də "katalonlar" ilə La Liqa çempionluğunu yaşayıb.