İspaniya La Liqası və Çempionlar Liqasında mübarizə aparan "Real" "Milan"ın türk ulduzu ilə yaxından maraqlanır.

Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, "Kral klubu" Hakan Çalhanoğlunu heyətinə qatmağı düşünür. Mövsümün sonunda A Seriyası təmsilçisi ilə müqaviləsi başa çatan Türkiyə millisinin üzvü, hələ də gələcək karyerası barədə qərar verməyib.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi İtaliyadan "Yuventus", Fransadan PSJ və İngiltərədən "Mançester Yunayted" kimi klubların hədəfindədir.