"Barselona" klubu Avropa Super Liqası ilə bağlı qərarını verib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi sona qədər bu turnirdə qalacağını bəyan edib.

Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, əksər klublar sözügedən turnirdə iştirakdan imtina etsə də, "Barselona" indiyə qədər Super Liqadan çəkilməmişdi.