“Çelsi”nin müdafiəçisi David Luizin “Barselona”ya keçmək arzusu baş tutmayıb.
Offsideplus.az xəbər verir ki, Braziliya millisinin üzvü özünü İspaniya nəhənginə təklif etsə də, qarşı tərəfdən eyni münasibəti görməyib.
Belə ki, Xavyer Maskeranonun yerinə müdafiəçi axtarışında olan kataloniyalılar Luizin xidmətindən imtina ediblər. Baş məşqçi Antonio Konte ilə yola getməyən və sonuncu dəfə noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı matçda “Çelsi”nin formasını geyinən 31 yaşlı “sambaçı” klub axtarışını davam etdirir. O, dünya çempionatında iştirak etmək üçün oynaya biləcəyi bir komandaya keçmək niyyətindədi.
Qeyd edək ki, noyabrın 22-də Bakıda baş tutan "Qarabağ" - "Çelsi" görüşü qonaqların 4:0 hesablı qələbəsi ilə nəticələnib.
apasport.az