Növbəti mövsüm üçün "Real"ın müdafiə xəttini təsəvvür etmək olduqca çətindir.
Serxio Ramosla 2 aydan sonra başa çatacaq müqavilənin hələ də yenilənməməsi azmış kimi, digər mərkəz müdafiəçisi Rafael Varan da yol üstədir.
Offsideplus.az "El Chiringuito"ya istinadla xəbər verir ki, 27 yaşlı futbolçunun agentinin "Mançester Yunayted"lə apardığı danışıqlarda müsbət irəliləyiş var. Daha doğrusu, tərəflər bir çox məsələlərdə ortaq məxrəcə gəlməyi bacarıblar. "Real"ın anlaşma müddəti 2022-nin yayında başa çatacaq fransızı satmaqda maraqlı olması, Varanın özünün də komandanı tərk etmək istəməsi yayda yolların ayrılacağına işarədir.
Qeyd edək ki, Rafael 2011-ci ildə 10 milyon avro qarşılığında "Lans"dan transfer olunmuşdu. Onun hazırkı dəyəri 70 milyon avro şəklində dəyərləndirilir.