Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən 14 aprel tarixində nələr baş verib təqdim edir:
14 aprel, 2001-ci il. Quti möhtəşəm het-triklə "Santiaqo Bernabeu"nu ayağa qaldırdı.
"Quti" 2001/02 mövsümündə "Real"ın əsas oyunçularından birinə çevrilmədən öncə peşəkar yarımmüdafiəçi kimi tanınırdı. 2001-ci ilin 14 aprelində "Real" - "Vilyarreal" oyundan sonra Xose Mariya Quterres sözün əsl mənasında diqqətləri üzərinə çəkdi. Möhtəşəm het-trikə imza atan "Quti"nin komandası doğma meydanda 4:0 hesablı qələbə qazandı. Bundan əlavə "Kral klubu" həmin mövsüm La Liqa çempionu olaraq kuboku başı üzərinə qaldırdı.
Qeyd edək ki, Quterres Madrid klubunun şərəfini qoruduğu 15 mövsüm ərzində,4-ü La Liqa, 3-ü isə Çempionlar Liqası olmaqla 15 titul qazandı.
14 aprel, 2010-cu il. Yaya Ture La Liqada sonuncu qoluna imza atdı.
"Barselona"nın 2019-cu ildə "Deportivo" üzərində 3:0 hesablı qələbəsi Pep Qvardiolanın Kataloniya komandasına necə yaxşı rəhbərlik etdiyini bir daha sübut edirdi. Həmin oyunda "katalonlar"ın qələbə qollarını Boyan Krkiç, Pedro Rodriqes və Yaya Ture vurdu. Fil Dişi sahilindən olan yarımmüdafiəçi "Barselona"da keçirdiyi 3 mövsüm və 6 kubokdan sonra La Liqada son qoluna imza atmışdı.