“Real”ın futbolçusu Qaret Beylin 3-cü övladı dünyaya göz açıb.

Offsideplus.az xəbər verir ki, bu barədə uelsli yarımmüdafiəçi şəxsi Tvitter səhifəsində paylaşım edib.

İki qız övladı olan 28 yaşlı futbolçunun bu dəfə oğlu dünyaya gəlib. Körpəyə Aksel Çarlz adı verilib.

Qeyd edək ki, Beylin Alba adlı qızının 5, Valentinanın isə 2 yaşı var.