"Borussiya"nın ulduzu Erlinq Haalandın meneceri Mino Rayola transfer görüşlərini davam etdirir.
Offsideplus.az "RAC1"ə istinadən xəbər verir ki, superagent "Barselona" rəhbərliyindən bu şərtləri tələb edib:
Haalandın atası (20 milyon avro) və özü üçün (20 milyon avro) ümumilikdə 40 milyon avro;
20 yaşlı hücumçu üçün illik 30 milyon avro maaş;
Sərbəstqalma məbləği olaraq 150 milyon avro;
Lionel Messinin "Barselona"da qalması.
Qeyd edək ki, Erlinq Haalandın "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.