"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu Samuel Umtitinin "Mançester Siti"yə transfer olunacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, müdafiəçini satmağı düşünmədiklərini deyib: "Umtiti əla oyunçudur. Ümid edirəm ki, o, uzun müddət "Barselona"da çıxış edəcək. Umtitidən çox razıyıq. O da burada xoşbəxtdir".