Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqaya istinadən xəbər verir ki, 2000-ci ilin 2 aprelində Samuel Eto'o İspaniya çempionatında ilk qoluna imza atdı. Həmin gün "Malyorka" qonaq "Espanyol"a 3:1 hesabıyla uduzsa da, ev sahiblərinin matçda yeganə qolunu kamerunlu hücumçu vurur. "Real"ın icarəyə verdiyi 19 yaşlı oyunçu sonralar La Liqada vurduğu qolların sayını 161-ə çatdırmışdı.
Karyerasını başa vurmuş Eto'o "Barselona"da keçirdiyi 5 mövsümdə (2004-2009) 3 dəfə La Liqa çempionu oldu, 144 oyuna 108 dəfə rəqib torunu sirkələdi.