İngiltərə Premyer Liqasında bir mövsüm keçirən Qaret Beyl gələn sezondan etibarən "Real"a qayıdacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu açıqlama verərkən bildirib. Beylin qayıtması isə "Real"a 13 milyon funt-sterlinqə (15 milyon avro) başa gələcək. "Kral klubu" müqaviləyə əsasən, həftəyə 650 000 funt-sterlinq qazanan uelsli futbolçuya gələn mövsüm üçün də ödəniş etməli olacaq. 

Qeyd edək ki, bu mövsüm icarə əsasında "Tottenhem"də çıxış edən Qaret Beylin "Real"la müqaviləsi 2022-ci ildə başa çatır.