Hələ ki, 18 yaşında olan Pedri "Barselona"dakı ilk mövsümündə performansı ilə göz qamaşdırmağa davam edir. Tenerifeli hücumçu qısa zaman içində Katalon klubunda Lionel Messinin ən sevdiyi komanda yoldaşlarından birinə çevrildi.

Offsideplus.az La Liqa-ya istinadən İspaniya millisinin və "Barselona"nın futbolçusu Pedri haqqında 5 maraqlı faktı sizlərə təqdim edir.

1. Gənc oyunçunun uşaqlıq qəhrəmanı "Barselona"nın əfsanəsi və La Liqa ikonası Andres İnyesta olub. Bütün zamanların ən yaxşı yarımmüdafiəçilərindən olan İnyesta Pedrinin bir futbolçu kimi yetişməsində böyük rola sahibdir. Özü və ailəsi "Barselona" azarkeşi olmaqla yanaşı, babası Tenerife - Teqeste azarkeş klubunun əsasını qoyub.

2. İlk peşəkar klubu olan "Las Palmas"da qol vuran ən gənc futbolçudur. 2019-cu ilin 19 sentyabrında İkinci Divizionda "Sportinq Xixon"a qarşı oyunda qol vuran Pedri klub tarixində rekorda imza atıb (16 yaş 9 ay və 23 gün). 

WhatsApp Image 2021 03 26 at 20.44.38 2

3. İspaniyalı hücumçu La Liqada da tarix yazıb. Belə ki, "Atletik"lə oyunda fərqlənən Pedri İspaniyanın 1 nömrəli liqasında  qol və assist edən ən gənc futbolçudur (18 yaş 42 gün).

4. Bu günə qədər, 2020/21 mövsümündə iki dəfə daban ötürməsi edən tək futbolçu Pedridir. Hər iki ötürməni də... təbii ki, Lionel Messi qola çevirib. Yüksələn ulduzun "Real Valyadolid"lə oyunda verdiyi daban ötürməsi isə daha vacibdir. Belə ki, Messi həmin möhtəşəm assist sayəsində Peleninin bir klubda ən çox qol vurmaq rekordunu qırmışdı.

WhatsApp Image 2021 03 26 at 20.44.54

5. Pedrinin futbol oynamasında əsas rol qardaşının olub. Fernandonun məşqçisi Pedri hələ 4 yaşında ikən onun futbola başlamasını təklif etdi. Qardaşlar hazırda Barselona şəhərində birlikdə yaşayırlar.

WhatsApp Image 2021 03 26 at 20.44.54 1