"Real Sosyedad" klubu əvəzedici komandanın baş məşqçisi Xabi Alonso ilə yeni anlaşma imzalayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis 2022-ci ilin yayına qədər müqavilənin müddətini uzadıb. Sabiq "Real"lının mövsümün sonunda "Borussiya" (Mönxenqladbax) komandasının sükanı arxasına keçəcəyi gözlənilirdi.
Qeyd edək ki, Xabi Alonso 2019-cu ildən "Real Sosyedad"ın əvəzedici komandasına rəhbərlik edir.