10 yaşlı azərbaycanlı Turan Qasımlı "Kadiz"lə oyunun sonuna 2 dəqiqə qalmış gözəl qola imza atıb.

Offsideplus.az xəbər verir ki, "Malaqa"nın aşağı yaş qrupunda çıxış edən həmvətənimizin qolu sayəsində qalib gəliblər. Bundan əlavə, bu qələbə sayəsində komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. 

Qeyd edək ki, bu mövsüm Turanın hesabında 10 qol , 12 assist var. Atası Cəmşid Qasımlı "Barselona" və "Malaqa" klubları arasında danışıqların davam etdiyini, yaxın zamanlarda gənc oyunçunun "katalonlar"a keçid edəcəyini bildirib.