İspaniyada yaşayan 10 yaşlı yeniyetmə "Barselona"da peyda ola bilər. 

Offsideplus.az xəbər verir ki, daha öncə də haqqında məlumat verdiyimiz Turan Qasımlı "Malaqa"nı "Barsa"ya dəyişməyə yaxındır. Bu barədə futubolçunun atası Cəmşid Qasımli məlumat verib. Ata Qasımlı bildirib ki, Kataloniya klubunun akademiyada çalışan skautları Turanı diqqətlə saxlamaqla yanaşı, ona uzunmüddətli müqavilə təklif edir. Tərəflər arasında danışıqlar davam etdiyindən, məsələnin hansı sonluqla başa çatacağını gözləməliyik.

Qeyd edək ki, Turan Azərbaycanda anadan olub və karate döyüş növü üzrə həmyaşıdları arasında Azərbaycan çempionu olub. Sonradan valideynləri ilə İspaniyaya köçərək futbolla məşğul olub.

423738209