"Barselona" klubunun futbolçusu Filipe Koutinyo əməliyyat edilib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi sol dizindəki kistaya görə ikinci dəfə cərrahiyə stoluna uzanıb. 

Qeyd edək ki, Koutinyo bu mövsüm 14 matçda 3 qol vurub. O, əməliyyatlar səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək.