İspaniya 2-ci liqasının 30-cu turunda "Albasete" "Kartaxena"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun da çıxış etdiyi oyunda meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib. 28 yaşlı oyunçu start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, “Albasete” turnir cədvəlində 29 xalla 22 komanda arasında 21-ci pillədədir.