"Barselona"nın qapıçısı Neto zədələnib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qolkiper məşq zamanı sıradan çıxıb. Topuğu burxulan 31 yaşlı oyunçunun nə qədər müddətə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmayıb. Lakin İspaniya mətbuatında Netonun fasilədən sonra "Barselona"ya qayıdacağı bildirilir.

Qeyd edək ki, "Barselona"nın La Liqada növbəti oyunu aprelin 5-də "Real Valyadolid"ə qarşı olacaq.