"Yuventus"un növbəti dəfə Çempionlar Liqası ilə erkən vidalaşması Kriştiano Ronaldonun gələcəyi ilə bağlı iddiaları artırıb.

İndi böyük əksəriyyət məşhur "7 nömrə"nin yayda "Real"a qayıdacağını deyir.

Offsideplus.az xəbər verir ki, "Real"ın aparıcı simalarından olan Kərim Benzema sabiq komanda yoldaşını mümkün dönüşü haqda danışıb. Kərim "Marca"ya açıqlamasında bunları deyib: "Ronaldo ilə birgə çox şeyə nail olmuşuq. "Yuventus"da özünü necə hiss etdiyini deyə bilmərəm. Bizimlə olanda özünü həmişə yaxşı aparırdı. "Real"a qayıdacaqmı? Bilmirəm, çünki nə baş məşqçiyəm, nə də prezident".

Qeyd edək ki, Ronaldo ilə Benzema 2009-cu ildən 2018-ə qədər "Real"da komanda yoldaşı olublar və mümkün titulların hamısını qazanıblar.