“Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aquero “Barselona” ilə razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni prezidenti Joan Laporta 32 yaşlı forvardla şəxsi müqaviləni razılaşdırıb.

"Siti" ilə cari müqaviləsinin müddəti mövsümün sonuna qədər olan hücumçu"Barselona"ya azad agent kimi yollanacaq.

Argentinalı yeni komandası ilə 2 illik müqavilə bağlamağa razılıq verib.