Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqaya istinadən 13 mart tarixində İspaniya futbolunda nələrin baş verdiyini təqdim edir:
13 mart, 2016-cı il. Xose Antonio Reyesin "Sevilya" üçün vurduğu son La Liqa qol.
"Vilyarreal"nı qəbul edən "Sevilya" doğma meydanda böyük hesablı qələbəyə sevinirdi. Xose Reyes 90+1-ci dəqiqədə oyunda son nöqtəni qoyur: 4:2. Bu, ispaniyalı vinqerin La Liqada çıxdığı sonuncu matç və "Sevilya" üçün 30-cu qolu idi. Əvvəllər "Arsenal", "Benfika", "Real" və "Atletiko"nun şərəfini qorumuş Reyes yayda "Espanyol"a keçid etdi. Bütün bu komandaların azarkeşləri Antonio Reyesin 2019-cu ildə avtomobil qəzasında 35 yaşında vəfat etməsinə həddindən artıq üzüldü...
13 mart, 2016. Kazemironun ilk La Liqa qolu üçün mükəmməl zamanlama!
2016-cı ilin 13 martında "Real" "Las Palmas" səfərində 0:1 hesabıyla üstün idi. Uillian Xosenin oyunun sonuna 3 dəqiqə qalmış vurduğu bərabərlik qolu Zinədin Zidandan tutmuş hər kəsi həyəcanlandırdı. Lakin "sarılar"ın sevinci qısa oldu: İki dəqiqə sonra Kazemiro La Liqada ilk qolunu vuraraq "Kral klubu"nu yenidən hesabda önə çıxardı. 90+1 dəqiqədə Serxio Ramosun vurduğu qol isə matçın taleyini həll etdi: 1:3.