Avstriya Bundesliqasında mübarizə aparan "Rapid Vyana" klubunun türk futbolçusu ilə "Barselona" maraqlanır.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, 17 yaşlı Yusuf Demir üçün "Barselona" hərəkətə keçib. Katalan klubunun rəsmiləri gənc forvard barədə prezident Xuan Laportaya məlumat veriblər. 

Vyana təmsilçisi Yusuf üçün ən azı 10-15 milyon avro transfer dəyəri müəyyənləşdirib. 

Qeyd edək ki, "Rapid Vyana" aşağı yaş qrupundan çıxan Yusuf Demir Avstriya millisinin alt qruplarında oynayıb. O, milli komanda qərarını hələ verməyib.