İspaniya çempionatının 26-cı turu çərçivəsində "Atletiko" ilə "Real" arasındakı oyunun (1:1) müzakirələri bitmir.

Offsideplus.az xəbər verir ki, bu dəfə "ağ-qırmızılar" rəqibinə klubun "tvitter" səhifəsində cavab verib: "Onlar hətta doğru qərarları da müzakirə edirlər. Bəziləri külək kimi əsməyə alışqandır".

Qeyd edək ki, matçın gedişində top cərimə meydançası daxilində "Atletiko"nun futbolçusunun əlinə dəysə də, hakim penalti təyin etməmişdi. Bundan sonra "Real"ın direktoru Emilio Butragenyo sərt açıqlamalarla yadda qalmışdı.