Xorxe Alberto Maxiko Qonzalez klubunun qazanmasına və ya məğlub olmasına fikir verməyən peşəkar bir futbolçu idi. Buna görə də indiyə kimi "Kadiz" klubunun tarixində ən sevilən oyunçu olmağa davam edir. Maxiko üçün ən vacibi futbolu əyləncəli şəkildə oynamaq idi...

Offsideplus.az La Liqaya istinadən İspaniya futbolunun tanınmış siması Maxiko Qonzalezi sizlərə təqdim edir.

Qonzalez "YouTube" var olmadan öncə bir "YouTube" oyunçusu idi. 1984-cü ildə əfsanəvi Maradonanın da iştirak etdiyi "Barselona"ya qarşı oyunda bir qol vurmuşdu. 1986-cı ildə "Rasinq Santander"ə qarşı matçda isə  Qonzalez üç müdafiəçini keçmiş və qol vuraraq qapıçını şoka salmışdı. "Atletiko Madrid"lə oyunda sərbəst vuruşdan qolu ən yuxarı küncə göndərmişdi. Qonzalezin vurduğu kimi çox az oyunçu "Qolazos"a cəhd etmiş və sonu uğurlu alınmışdı. 

1958-ci ildə San Salvadorda sadə bir məhəllədə anadan olan Qonzalez, 1982-ci ildə ölkəsini Dünya Kubokunun finalına qədər aparan, İspaniya tarixinin ən sevilən və ən uğurlu oyunçularından biridir. İspaniyadakı turnirdə göz qamaşdıran performansından sonra PSJ və ya "Atletiko Madrid"ə qoşula bilərdi. Ancaq həm klub, həm də şəhər olan Kadizin cazibəsindən imtina etmək mümkün deyildi. Uyğunluq mükəmməl idi.

 

Magico Gonzalez 2

Maxikonun "Kadiz" ilə səkkiz yarımlıq mövsümündə heç bir oyunda qələbə tam dəqiq deyildi, buna baxmayaraq əyləncəyə zəmanət vermək olardı. 1983-84 mövsümü Qonzalezin ən yaxşı qol vuduğu illər oldu. Belə ki, 14 qol vurmasına baxmayaraq, komanda yenə də İkinci Liqaya düşdü. Oyunlarda Maxikodan nə gözləyəcəyinizi bilməzdiz - enerjisinə qənaət etmək üçün müdafiə və taktiki təlimatdan yayınmağından tutmuş, vaxtı gələn anda göz qamaşdıran oyun sərgiləməyə və ya inanılmaz qol vurmağa qədər hər şey edərdi. Komandada olduğu müddətdə "Kadiz" iki dəfə aşağı düşdü, eyni zamanda iki dəfə yüksəldi. 1988-ci ildə La Liqanın ən yüksək 12-ci pilləsini qazandılar və 1990-cı ildə klub tarixində yeganə dəfə "Kopa del Rey"in yarımfinalına çıxdılar.

Bu arada meydandan kənar həyatı çox da təqdirə layiq deyildi. Kadiz həmişə karnavalların keçirildiyi və İspaniyanın qatı qanunlarının keçərli olmadığı bir şəhər idi. Maxiko da özünü gecə həyatının ağuşuna atdı və etdiyi şeylər əfsanəyə döndü.

Magico Gonzalez 3

Klub rəhbərliyi və baş məşqçilər Qonzalezin meydanda və kənardakı davranışlarının əyləncəli tərəfini həmişə görmürdülər, lakin oyunçu 1991-ci ildə klubu tərk edənə qədər şəhər həyatının dadını çıxarmağa davam etdi.

“Mən müqəddəs olmadığımı bilirəm. Hətta anam da mənim əylənmək həvəsimi bitirə bilməz", - deyə Qonzalez bildirmişdi.

“Mütəxəssis olaraq yaxşı deyiləm, amma futbolu bir iş kimi düşünməyi sevmirəm. Etsəydim, mən olmazdım. Yalnız zövq almaq üçün oynayıram".

Məşhur futbolçu La Liqanı tərk edərək, əvvəlki ölkəsindəki FAS klubuna qayıtdı və 2000-ci ilə qədər oynadı. Qonzalez, həmçinin bu yaxınlarda El Salvadorun yeniyetmələrdən ibarət komandalarını çalışdırmış, FIFA-nın Şöhrət Salonuna daxil olmuşdur. "Barselona" ulduzu Lionel Messi ilə məşhur yüngül içkinin reklamında da çıxış etmişdi.

Qeyd edək ki, bu yaxınlarda azarkeşlər "Kadiz" klubunun stadionunun adını "Maxiko" olaraq dəyişdirməyi tələb ediblər.

Cadiz CFs Ramon de Carranza stadium 2

Cadiz CFs Ramon de Carranza stadium 1