"Barselona"da prezidentliyə namizəd Toni Freyxa iki məşhur futbolçunun transferini söz verib.
Offsideplus.az "El Larguero"ya istinadən xəbər verir ki, Freyxa "Barsa"nın prezidenti seçilərsə, komandaya iki ulduzu gətirəcəyini açıqlayıb. O, "Qızıl Top"u qazanmağı arzulayan iki futbolçudan bəhs edərkən adlarını deməyib.
Bundan əlavə, Freyxa prezident olarsa, klub üçün 250 milyon avroluq transfer büdcəsi ayıracağını bildirib.
Qeyd edək ki, martın 7-də baş tutacaq prezident seçkilərinə 3 namizəd var: Xuan Laporta, Viktor Font və Toni Freyxa.