"Real"ın futbolçusu Dani Karvahal zədə səbəbindən uzun müddət oynamayacaq.

Offsideplus.az "Kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, "Valensiya" ilə matçda zədələnən 29 yaşlı müdafiəçi yaşıl meydanlardan uzaq qalıb. O, Çempionlar Liqasında "Atalanta" ilə oyunu da buraxacaq.

Qeyd edək ki, İspaniya mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı 2 aylıq sıradan çıxıb.