"Barselona"nın dəyərli futbolçusu Lionel Messini zədələnmədən qorumaq istəməsi gözləniləndir.
Offsideplus.az "Sportbible"ə istinadən xəbər verir ki, Katalon klubu məşq zamanı futbolçularına argentinalı ulduzu çox narahat etməməyi tapşırıb. Bu barədə "Nitsa"da icarə əsasında çıxış edən Yan-Kleyr Todibo açıqlama verib:
"Hamımız bilirdik ki, ona zədələnmək olmaz. Messi məşqlərdə özünü qoruyurdu. Messidən çox şey öyrəndim, həmçinin bir neçə dəfə topu ondan oğrulamışam. Lakin onu zədələməyim deyə çox ehtiyatlı davranırdım".