Dünyada ən çox qazanan futbolçuların siyahısında ilk "3-lük"də olan Lionel Messi ilə bağlı növbəti maraqlı rəqəm ortaya çıxıb.

Offsideplus.az "El Periódico de Catalunya"ya istinadla xəbər verir ki, argentinalı ulduz 2017-nin yayından bu yana 370 milyon avro vergi ödəyib. Bu məbləğin 275 milyonu "Barselona"dakı qazancın vergisidir. Yerdə qalan 95 milyon isə reklam əməkdaşlıqları və digər sahələrdən gəlirlərə görədir. 

Qeyd edək ki, ötən ayın sonlarında mətbuata Messinin "Barsa" ilə 2017-ci ildə bağladığı 4 illik müqavilə qarşılığında 550 milyon avro qazandığı haqda məlumat sızmışdı.