"Real" rəhbərliyi mövsüm sonunda əsas futbolçularından biri Rafael Varanla ilə də yolları ayıra bilər.
Offsideplus.az xəbər verir ki, son dünya çempionunun hazırkı müqaviləsi 2022-ci ildə başa çatır və əgər oyunçu ilə yeni müqavilə barədə danışıqlar uğursuz olarsa, onun 2022-ci ildə azad agent olaraq ayrılmasına şərait yaratmamaq üçün, bu yay rəhbərlik futbolçunu sata bilər.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2011-ci ildən Madrid klubunda çıxış edir.