"Real" kapitanı Serxio Ramosla razılığa gələ bilməməklə yanaşı, daha bir dəyərli müdafiəçisini itirməklə üz-üzədir.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu"nun futbolçusu Rafael Varan 2022-ci ilin yayında bitəcək müqaviləni yeniləmək fikrində deyil. Belə olduğu halda, Madrid klubunun futbolçusundan gəlir əldə etmək üçün yayda satacağı bildirilir. İstənilən halda, "Real" 27 yaşlı müdafiəçini komandada qalmağa razı salmaq üçün addımlar atacaq. 

Qeyd edək ki, yayda müqaviləsi başa çatan Serxio Ramos da klubu tərk etməyə niyyətlidir.