Dünən baş tutan "Betis" - "Barselona" matçında qonaqlar itki yaşayıb.

Offsideplus.az xəbər verir ki, "katalonlar"ın müdafiəçisi Ronald Arauxo zədələnib. 10-cu dəqiqədə ayaq biləyindən xəsarət alan uruqvaylı Frenki de Yonq tərəfindən əvəzlənib. 

Arauxonun müayinəsinin yekun nəticəsi gün ərzində bəlli olacaq.