Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu nominasiyada Lionel Messi hər kəsi qabaqlayıb. 150-dən çox ölkənin futbol federasiyasının səsverməsinə əsasən 33 yaşlı argentinalı birinci olub.

İkinci yerə "Yuventus"un portuqaliyalı ulduzu Kristiano Ronaldo, üçüncü yerə isə "Barselona"nın əfsanələrindən biri Andres İnyesta seçilib.