"Barselona" klubunun futbolçusu Samuel Umtiti "Liverpul"a keçməkdən imtina edib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yanvar ayında ona edilən təklifi geri çevirib.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp onu israrla sərəncamında görmək istəsə də, fransalı oyunçu "Enfild"ə getmək istəmədiyini bildirib.

Qeyd edək ki, Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.