Madrid "Atletiko"sunun gənc ulduzu Joao Feliks də koronavirusa yoluxub.

Offsideplus.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı portuqaliyalı hücumçudan götürülən testin nəticəsi müsbət olub.

Feliks hazırda karantin şəraitindədir. 

Xatırladaq ki, bundan əvvəl "Atletiko"nun digər iki oyunçusu - Yannik Karrasko və Mario Hermosoun da koronavirus testi pozitiv olmuşdu.