Bu gün  İspaniya millisi və "Barselona"nın futbolçusu Jerar Pikenin doğum günüdür.

Offsideplus.az xəbər verir ki, ad gününü qeyd edən müdafiəçi "Tvitter" hesabında "34" yazıb. "La Resistencia" adlı televiziya verilişi Pikenin paylaşımına "Real Madrid"in 34-cü La Liqa titulunu qazandığı foto və "Pike, sən nə etdin?", - deyə cavab yazıb. 

"Barsa"lı ulduz isə "Real"a bu cür atmaca göndərib : "Hədiyyələrin liqa titulu sayıldığını bilmirdim..."

Qeyd edək ki, noyabrda əsarət alan Jerar Pike zədə səbəbindən uzun müddətə yaşıl meydanlardan uzaq qalıb.