"Barselona"nın əfsanəsi Rivaldo Lionel Messinin vaxtıykən komandadan ayrılmalı olduğunu bildirib.
Offsideplus.az Betfair-ə istinadən xəbər verir ki, 48 yaşlı braziliyalı "Real"ın Ronaldonu satdığı kimi Katalon klubunun da Messini satması gərəkdiyini açıqlayıb:
"Real Madrid" Ronaldonu 100 milyona satıb pul qazandı. "Barselona" da eyni yöntəmdən istifadə edə bilərdi. Hazırda klub borc içindədir, Messi isə pulsuz tərk etməyə doğru irəliləyir. Onun gedişi qaçnılmazdır".
Xatırladaq ki, keçən yay "Bavariya"ya 8:2 hesablı məğlubiyyətin ardından Lionel Messi klubdan getmək istədiyini açıq şəkildə bildirmişdi. Lakin "Barselona"nın prezidenti Xosep Mariya Bartemou argentinalının gedişinə izin verməmişdi.