İspaniya klubu "Sevilya" heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun rəsmi "tvitter" hesabına istinadən xəbər verir ki, "Atalanta"nın hücumçusu Papu Qomes Əndəlüs təmsilçisinə transfer olub.

"Sevilya" 32 yaşlı argentinalı üçün İtaliya klubuna 7 milyon və bonus olaraq 2 milyon avro ödəyib.