İspaniyanın “Barselona” klubunun iki futbolçusu İtaliyanın “Milan” klubunun maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki, bunlar müdafiəçilər Samuel UmtitiJunior Firpodur. Rəhbərlik fransalı və ispaniyalı oyunçuların keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb. 

Qeyd edək ki, Umtiti 2023-cü il, Firpo isə 2024-cü ilin yayına qədər müqavilə ilə “Barselona”ya məxsusdur.