"Barselona"lı ulduz Jerar Pike klubun keçmiş məşqçisini "Andorra" klubuna təyin edib.

Offsideplus.az xəbər verir ki, Sequnda B təmsilçisinin yeni baş məşqçisi məlum olub. "Barselona"da Keke Setyenin köməkçisi Eder Sarabiya "Andorra" komandasını çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə 2.5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, "Andorra" klubu hazırda 19 xalla qrup ikincisidir.