İspaniya Superkubokunun final görüşü baş tutub.

Offsideplus.az xəbər verir ki, final matçında "Barselona" və "Atletik" komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığına görə əlavə vaxta ehtiyac duyulub. Burada daha bir qol vuran Bilbao təmsilçisi 3:2 hesabı ilə qələbə qazanaraq İspaniya Superkubokunun qalibi olub.

"Barselona" - "Atletik" - 2:3 (Qrizmann, 40, 77. - Markos, 42. Villalibre, 90. Villiams, 94.)
Qırmızı vərəqə: Lionel Messi, 120.