İspaniya millisinin və "Atletiko"nun sabiq futbolçusu Fernando Torres karyerasını başlatdığı kluba qayıdıb.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub.

Keçmiş forvard UEFA-nın PRO lisenziyasını almaq üçün 6 aylıq məcburi təcrübə müddəti keçir. 37 yaşlı mütəxəssis bunadək "Atletiko"nun akademiyasında məşqçi kimi çalışırdı.

Qeyd edək ki, Fernando Torres futbolçu karyerasını 2019-cu ildə başa vurub.