"Barselona"nın qapıçısı Neto bu ay komandanı tərk etməyi düşünür.
Offsideplus.az xəbər verir ki, bu barədə Katalon klubunun baş məşqçisi Ronald Kuman açıqlama verib. O, 31 yaşlı braziliyalının qış transfer dönəmində "Barselona"dan ayrılmağı istədiyini açıqlayıb.
Lakin klub rəhbərliyi bu istəyə neqativ cavab verib. Belə ki, Kuman bildirib ki, Neto "Barselona" üçün vacib oyunçudur.
Qeyd edək ki, Neto ilə İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" yaxından maraqlanır.