İspaniyanın “Barselona” klubunda prezidentliyə namizədlərin sayı 4-ə enib.

Offsideplus.az xəbər verir ki, daha 4 nəfərin rəhbər vəzifəyə təyin edilmək arzusu baş tutmayacaq.

Aqusti Beneditodan sonra Jordi Farre, Xavyer Vilayoana, Luis FernandesPere Riera da lazımi sayda imza toplaya bilmədikləri üçün namizədlikləri təsdiqlənməyib. Joan Laporta, Viktor Font, Toni FreyxaEmili Rusar isə tələb olunan sayda imza toplayaraq şanslarını davam etdirib.

Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.