"Osasuna" səfərinə (1:1) yollanan "Real" evə qayıda bilmir.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, "Kral klubu" Pamplona şəhərində ilişib qalıb. Belə ki, qarlı hava şəraitinin davam etməsi uçuşların keçirilməsini mümkünsüz edib.

"Real Madrid"in Madridə qayıtmadan "Atletik"lə Superkubok matçı üçün birbaşa Malaqa şəhərinə yollanacağı gözlənilir. "Real" - "Atletik Bilbao" matçı yanvarın 14-də keçiriləcək.