İspaniya La Liqasında dünən baş tutan "Osasuna" - "Real Madrid" matçı qolsuz bərabərliklə başa çatıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra açıqlama verən "Kral klubu"nun baş məşqçisi Zinədin Zidan oyun barədə iradlarını bildirib. Soyuq və qarlı havada matçın keçirilməsinə qarşı olduğunu qeyd edən 48 yaşlı mütəxəssis bu sözləri deyib:
"Bu futbol oyunu deyildi, gərək təxirə salınaydı. Hər cür şərtlər altında səfər oyununa gəldik. Meydanda əlimizdən gələni etdik, lakin sensasiya burasındadır ki, bu, doğru-düzgün matç olmadı".