İspaniya La Liqasının XVIII turunda "Selta" üzərində 4:0 hesablı səfər qələbəsi "Vilyarreal" üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, bu, komandanın tarixinə ölkə çempionatında 3-cü ən böyük hesablı səfər qalibiyyəti kimi düşüb. .

"Sarı sualtı qayıq" sonuncu dəfə 2005-ci ildə "Real Sosyedad"ı 4 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, Unay Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.