“Real”ın baş məşqçisi Zinəddin Zidan karantinə alınıb.
Offsideplus.az xəbər verir ki, buna fransalı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub.
O, “kral klubu”nun son məşqində iştirak etməyib. Zidanın artıq koronavirus testi verdiyi və nəticənin neqativ olduğu bildirilir. Lakin qaydalara görə, o, ikinci dəfə test verməlidir. Həmin testin də cavabı neqativ olsa, mütəxəssisin komandaya qayıtmasına icazə veriləcək. Növbəti testin cavabına qədər o, karantində qalacaq.