“Real”ın və Niderland yığmasının sabiq futbolçusu Royston Drente karyerasını İspaniyanın  4-cü divizionunda davam etdirəcək.

 
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Rasinq Mursiya” ilə müqavilə imzalayıb. Drente ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Drente son olaraq Niderlandın 3-cü liqa təmsilçisi “Kozakken Boys”da çıxış edib. “Feyenoord”un yetirməsi olan futbolçu karyerası ərzində “Real” (Madrid), “Everton”, “Kayseri Erciyesspor”, “Alaniya”, “Ridinq”, “Şeffild Uensdey”, “Baniyas” və “Sparta” (Rotterdam) kimi klublarda da forma geyinib.