La Liqanın növbəti turunda keçirilməsi planlaşdırılan "Osasuna" - "Real Madrid" matçı təxirə salına bilər.
Offsideplus.az xəbər verir ki, "Osasuna" Madrid təmsilçisi ilə görüşdən əvvəl hazırlığı qar səbəbindən ləğv edib. Matçın keçiriləcəyi gün - yanvarın 9-da güclü qar yağacağı gözlənilir. Oyun bu səbəbdən təxirə salına bilər.
Qeyd edək ki, Pamplona şəhərində keçiriləcək "Osasuna" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlamalıdır.